Qəbələ Futbol Akademiyası Madriddə beynəlxalq turnirə dəvət alıb
Dünyanın məşhur “Real Madrid” klubundan “Qəbələ”yə rəsmi müraciət daxil olub. Kral klubunun rəhbərliyi məktubda “Qəbələ”nin U-14 komandasının ənənəvi keçirilən Joze Mourinyo turnirində iştirakını arzulayıb.

Artıq “Qəbələ” qarşı tərəfə müsbət cavab verib. “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov bildirib ki, “Real”dan gələn dəvətiqəbul ediblər.

Məlumat üçün deyək ki, turnir sentyabrın 18-dən 23-dək Madrid şəhərində baş tutacaq. Yarışda dünyanın tanınmış 24 klubunun komandaları qüvvəsini sınayacaq. Hazırda “Qəbələ”nin U-14 komandası bu mötəbər yarışa hazırlaşır.

Qeyd edək ki, qrupların tərkibi hələ tam bəlli deyil.

Xəbər 1119 dəfə oxundu.