Ərdoğanın Buenos Ayresə reysi rekord qırdı
Məlum olduğu kimi bu gün Argentinanın paytaxtı Buenos Ayresdə 2020-ci il olimpiya oyunlarının məskəni müəyyənləşəcək. Artıq namizədlər öz proqramları ilə çıxışlarını başa vurmaq üzrədirlər.

Xatırladaq ki, oyunların ev sahibliyi üçün 3 şəhər mübarizə aparır.Bunlar Madrid, Tokio və İstanbuldur. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da İstanbula dəstək vermək üçün iclasda iştirak edir. O Argentina paytaxtına Sankt Peterburqdan yollanıb. Təyyarə ilə birbaşa reys 16 saat davam edib. Bu Türkiyə Hava Yolları tarixində müddətinə görə rekorddur. Bu vaxta qədər rekord 13,5 saat davam edən İstanbul-Los Ançeles reysi idi.

Xəbər 676 dəfə oxundu.