Ronaldonu özündən çıxaran şüar
"Real" (Madrid) klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo "DÇ-2014"ün seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda vurduğu qollarla rəqib komandanın azarkeşlərinin cavabını verib.

Belfastda keçirilən oyunda yerli azarkeşlər portuqaliyalı hücumçuya "sən ucuz Qaret Beylsən" şüarları səsləndiriblər.

Bu görüşdə het-triklə etməklə komandasına qələbə qazandıran və ölkə tarxinin ən çox qol vuran ikinci futbolçusu olan Ronaldo eyni zamanda rəqib azarkeşlərin də cavabını verib.

Qeyd edək ki, Britaniya mətbuatı "Real"ın transfer etdiyi Qaret Beylin təzminat qiymətinin 100 milyon avro olduğunu iddia edib. Ancaq Madrid klubu verdiyi açıqlamasında uelsli yarımmüdafiəçi üçün 91 milyon avro ödədiyini bildirib. Bununla da, Ronaldo (96 milyon avro) dünyanın ən bahalı futbolçusu adını qoruyub.

Xəbər 941 dəfə oxundu.