Van Qal: "Sneyder qar altında qalmış kimi idi"
Hollandiya millisinin baş məşqçisi Lui Van Qal futbolçusu Uesli Sneyder haqqında danışıb.

6 aydır ki, yığmaya dəvət olunmayan yarımmüdafiəçi Georgio Veynaldumun zədələnməsinin ardından milliyə çağırılmışdı.

Sneyderin "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində dünən Estoniya ilə baş tutan matçdakı çıxışını qiymətləndirən təcrübəli mütəxəssis bunları deyib:

"Komandanın bir parçası idi. İlk hissədə yaxşı oyun nümayiş etdirdi. Ancaq ikinci hissədə qar altında qalmış kimi idi. Sneyderin ümümilikdə yaxşı oynadığını deyə bilmərəm".

Qeyd edək ki, Estoniya - Hollandiya matçı 2:2 hesabı ilə başa çatıb.

Xəbər 881 dəfə oxundu.