"Qalatasaray" dörd futbolçusu ilə müqavilə yeniləyir
Türkiyənin "Qalatasaray" klubu dörd futbolçusu ilə müqaviləni yeniləməyə hazırlaşır.

"Cim Bom" baş məşqçi Fatih Terimdən sonra indi də Didye Droqba, Fernando Muslera, Burak Yılmaz və Səlcuk İnanla danışıqlara başlayacaq.

Klubun prezidenti Ünal Aysalın istəyi ilə Fil Dişi Sahili yığmasının hücumçusu ilə bir il, Muslera ilə 5 il, Burak və Səlcukla isə 3 illik yeni müqavilənin imzalanması planlaşdırılır.

Xəbər 803 dəfə oxundu.