Ronaldo het-trik etdi, ikinci oldu
Portuqaliya millisinin oyunçusu Kriştiano Ronaldo "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə baş tutan görüşdə (4:2) het-trik edərək ölkə tarixində ən çox qol vuran ikinci futbolçu olub.

Millidəki qollarının sayını 43-ə yüksəldən 28 yaşlı hücumçu bununla da, indiyə kimi ikinci olan Eysebionu (41 qol) geridə qoyub.

Matçdan sonra fikirlərini bölüşən Ronaldo bu uğurunu dünyasını dəyişmiş atasına həsr etdiyini deyib: " Millidə ilk dəfədir ki, üç qol vururam. Buna görə bu matç mənim üçün xüsusi oldu. Rekorda yaxınlaşdım, amma bu mənim hədəflərim arasında deyil. Eysebioni keçdiyim üçün qürur duyuram".

Qeyd edək ki, Portuqaliya millisində ən çox qol vuran futbolçu 47 dəfə fərqlənən Pauletadır.

Xəbər 812 dəfə oxundu.