Ançelotti: "Qrupda hər şey ola bilər"
"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında düşdükləri B qrupundakı şanslarını dəyərləndirib.

UEFA-nın rəsmi saytına danışan italiyalı mütəxəssis işlərinin asan olmadığını və qrupda hər şeyin ola biləcəyini deyib: " Bu mövsüm ÇL-in kubokunu qaldıraraq azarkeşlərimizi sevindirmək istəyirik. Ancaq burada hər şey ola bilər. Bu il favoriq ola klub növbəti il olmaya bilər. ÇL-i xüsusi edən də bu qeyri-müəyyənlikdir. Ona görə də dünyanın ən önəmli futbol mübarizəsidir".

Rəqiblər haqqında da fikrinə bildirən Ançelotti "Qalatasaray" və "Yuventus"un güclü olduğunu bildirib: "Kopenhaq" isə sürpriz etməyə çalışacaq. Bu qrupun asan olmadığını düşünürəm".

Xəbər 808 dəfə oxundu.