"Neftçi"nin futbolçusu 65 dəqiqə oynadı
“Neftçi” PFK-nın hücumçusu Bahodir Nasimov şərəfini qoruduğu Özbəkistan millisinin heyətində növbəti oyununu keçirib.

"DÇ-2014"ün seçmə pley-off mərhələsi çərçivəsində İordaniya yığması ilə səfərdə keçirilmiş matçın start heyətində yer almış futbolçu 65-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, qarşılaşma 1-1 hesabı ilə başa çatdığından cütün taleyinə sentyabr ayının 10-da keçiriləcək cavab oyunundan sonra aydınlıq gələcək.

Xəbər 1008 dəfə oxundu.