Kloze Müllerə çatdı
Almaniya milllisinin hücumçusu Miroslav Kloze ölkə tarixində ən çox qol vuran futbolçu Herd Müllerin rekorduna şərik çıxıb.

"DÇ-2014"ün seçmə mərhələsində Avstriya ilə matçda (3:0) ilk qolu vuran 35 yaşlı hücumçu qollarının sayını 68-ə yüksəldib.

Bununla da o, alman əfsanə Müllerin rekordunu təkrarlayıb. Kloze matçdan sonra verdiyi açıqlamasında bunları deyib: "Məni Herdlə bir səviyyədə görməyinizi istəmirəm. O, heç kəslə müqayisə olunmamalıdır. Maçt və qol sayına baxdıqda onun bənzərsiz biri olduğu görünür".

Qeyd edək ki, Kloze 68 qolu 129 matçda, Müller isə 62 matçda vurub.

Xəbər 916 dəfə oxundu.