Messi təhdid olundu
İspaniya mətbuatı "Barselona"nın futbolçusu Lionel Messi haqqında maraqlı iddia ortaya atıb.

Argentinalı hücumçu 2020 Yay Olimpiya oyunlarının keçiriləcəyi şəhərin adının açıqlanmasına az qalmış İspaniyanın reklam filmini rədd etmişdi.

Ancaq daha sonra onun əlindəki "Madrid 2020" yazısı ilə İspaniyaya dəstək verməsi mübahisələrə səbəb olmuşdu.

İdman yazarları isə iddia edib ki, Messi ona edilən təhdidlərdən sonra Madridi dəstəkləməyə başlayıb.

Xəbər 1049 dəfə oxundu.