Rusiya və Portuqaliyadan böyükhesablı qələbə
Bu gün "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Millimizin yer aldığı F qrupunda iki oyun baş tutub.

Qrup lideri Portuqaliya millisi səfərdə Şimali İrlandiyanın qonağı olub və 4:2 hesabı ilə qalib gəlib. Portuqaliyalı hücumçu Kriştiano Ronaldo görüşdə het-trik edib.

Rusiya yığması isə doğma meydanda Lüksemburqu sınağa çəkib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, qrupun digər oyunu İsrail - Azərbaycan matçı bu gün baş tutacaq.

Xəbər 881 dəfə oxundu.