Salyanda futbol üzrə rayon çempionatı keçirilib
15-31 avqust tarixlərdə Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2005-2015-ci illər futbolun inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə ərazi dairələri arasında futbol üzrə rayon çempionatı keçirilib.

Qızılağac və Qarabağlı zonalarının dairəvi sistem üzrə keçirilən qrup oyunlarında birinci və ikinci yeri tutmuş komandalar oyunları olimpiya sistemi üzrə davam etdiriblər.

Yekunda Qızılağac zonası üzrə Kürqaraqaşlı komandası Qarabağlı zonası üzrə isə Qarabağlı komandaları zona oyunlarının qalibləri olublar.

Sentyabrın 4-də Qarabağlı kənd stadionunda Qarabağlı və Kürqaraqaşlı kənd komandaları final oyununda üz-üzə gəliblər.

Ümumilikdə 400 nəfər azarkeşin qatıldığı final oyunununda Qarabağlı kənd komandası Kürqaraqaşlı kənd komandasını 3-0 məğlub edərək ərazi dairələri arasında keçirilən futbol üzrə rayon çempionatının qalibi olub.

Sonda yüksək yerləri tutmuş komandalar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 3932 dəfə oxundu.