"Lans"ın prezidenti "Bakı"nın məşqində
“Bakı” U-15 Fransanın Lans şəhərində təlim-məşq toplanışını davam edir.

İdman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında komanda bir məşq keçirdi. "Lans" akademiyasının məşqçisi Herve Arsenin rəhbərliyi altında futbolçular texnika və koordinasiya təmrinlərini yerinə yetirdi. Qeyd edək ki qapıçılarla fransalı məşqçi Jan Pyer Lurisella ayrıca məşq etdi.

Komandanın bugünkü məşqini "Lans" futbol klubunun prezidenti Jerve Martel izlədi. Məşqdən sonra o futbolçularla görüşdü və onlara uğurlar arzuladı.

Xəbər 959 dəfə oxundu.