“Mourinyoya görə ölümə belə hazıram”
PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin bioqrafik kitabının təqdimatı olub. "Mən Zlatan İbrahimoviçəm" adlı kitabda bugünə qədər bir çox məşhur baş məşqçilərlə çalışan futbolçu həmin insanlar haqqa maraqlı fikirlər bildirib.

Joze Mourinyonu tərifləyən İbrahimoviç onu Pep Qvardiola ilə belə müqayisə edib: "Mourinyo ulduzdur. "İnter"də onunla çalışmaq imkanım oldu. Çox yaxşı insandır. Joze tanış olanda Helena da yanımda idi. Ona "Helena, tək vəzifən var: Zlatanı yedizdir, rahat yatsın və onu xoşbəxt et" demişdi. Mourinyo ağlına nə gəlirdisə, söyləyərdi. O, bir lider idi, eyni ilə məşqçilikdə olduğu kimi. Hər zaman mənə kömək etdi və nələr etməli olduğumu söylədi".

Zlatan kitabında Jozenin Qvardiolanın tam əksinə bir insan olduğunu bildirib: "Mourinyo bir otağı aydınladar, Pep isə pərdələri çəkər. Mourinyoya görə ölümə belə hazıram”.

Xəbər 827 dəfə oxundu.