PSJ-dən «Bursaspor»a
Fransa I Divizionunda PSJ ilə müqaviləsini ləğv edən Məhəmməd Sissoko «Bursaspor»a transfer olmaq üzrədi. İdman.com.az saytı xəbər verir ki, malili ulduzun Türkiyədəki səlahiyyətli meneceri Çağlar Meker açıqlamasında Sissokonun transferiylə əlaqədar «Bursaspor»un meneceri Ayhan Barışıcı ilə görüşdüklərini söyləyib.

Daumun da Sissokonun transfer edilməsini istədiyi istiqamətində məlumatları olduğunu deyən Meker «Sissokonun karyerası müzakirə edilə bilməz. «Valensiya», «Liverpul», «Yuventus» , PSJ və «Fiorentina»da forma geyinib. Biz menecer yoldaşım Orhan Kocamazla birlikdə belə əhəmiyyətli bir ulduzu «Bursaspor» qazandırmaq istəyirik» deyib.

Sissokonun ödəniş problemi olmadığını dilə gətirən Meker «Bursaspor»la görüşdük. Sissoko da təklifə isti baxır. Sissoko bu an Fransadadı. Razılaşma təmin edilsə, dərhal Bursaya gələ bilər» deyə bildirib.

Xəbər 1027 dəfə oxundu.