İlk gün 1 bürünc
Avqustun 23-də Fransanın paytaxtı Parisdə cüdo üzrə dünya çempionatı başlayıb.
5 gün davam edəcək mundialda baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında 10 cüdoçumuz qüvvəsini sınayacaq.
Yarışın ilk günündə üç cüdoçumuz tatami üzərinə çıxıb. Onlardan yalnız İlqar Müşkiyev (60 kq) ölkəmizə bürünc medal qazandırıb.
Tərlan Kərimov (66 kq) yarışı yeddinci pillədə başa vurub, Nicat Şıxəlizadə (60 kq) isə ilk görüşdə məğlub olub.

AzərTAc

Xəbər 1112 dəfə oxundu.