FİFA-dan "Qəbələ"yə şad xəbər
"Qəbələ"nin bu yay transfer elədiyi Daniel Subotiç yeni komandasının heyətində hələ debüt eləməyib.

Buna səbəb futbolçunun transfer vərəqəsinin gəlməməsiydi. Sabiq komandası "Volın"la problemlərini yoluna qoya bilməyən İsveçrə vətəndaşı bununla əlaqədar FİFA-ya müraciət ünvanlamışdı. Ali futbol qurumu artıq Danielə haqq qazandırıb. Onun transfer vərəqəsi AFFA-ya göndərilib.

Bu isə o deməkdi ki, növbəti turdan Subotiç “Qəbələ”nin formasında meydanma çıxa bilər.

Xəbər 835 dəfə oxundu.