Bütün yarımfinalçılar məlum oldu
ABŞ açıq çempionatında kişilərin turnirində bütün yarımfinalçılar məlum olub. Son olaraq bu mərhələyə Novak Cokoviç yüksəlib. O Mixail Yujnını (21) 2 saat 33 dəqiqəyə məğlubiyyətə uğradıb.6:3, 6:2, 3:6, 6:0.
Finala yüksəlmək uğrunda görüşdə İsveçrəli Stanislav Vavrinka ilə qarşılaşacaq.Xatırladaq ki, Vavrinka Endi Marreyi yarışdan kənarda qoyub.

Digər yarımfinalda ispan Rafael Nadal (2) və fransız Rişar Qaske (8) üz-üzə gələcək.

Xəbər 755 dəfə oxundu.