Milli komandamızın məşqçisi II Bundesliqa təmsilçisi ilə ikiillik müqavilə imzalayıb
Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Olaf Yansenin Almaniyanın “Dinamo” (Drezden) klubuna təyinatı gerçəkləşib.

Yığmamızda baş məşqçi Berti Foqtsun köməkçisi olan mütəxəssis II Bundesliqa təmsilçisinin baş məşqçisi təyin olunub.

Drezden təmsilçisi xeyli vaxtdır baş məşqçi axtarışında müxtəlif çalışdırıcılarla danışıqlar aparsa da, sonda məhz O.Yansenlə anlaşmışdır. 2008-ci ildən ölkəmizdə çalışan mütəxəssis autsayderlər sırasında olan “Dinamo”nu bu durumdan çıxarmalıdır. Onunla 2015-ci ilədək müqavilə imzalanıb.

Xəbər 697 dəfə oxundu.