"Real" gəlirlərini açıqladı
Dünyanın ən bahalı transferlərini gerçəkləşdirən "Real" (Madrid) 2012/2013 mövsümü üçün maliyyə hesabatını ictimaiyyətə təqdim edib.

Madrid klubu ötən il 520.9 milyon ümumi gəlir əldə edib və 39.9 milyon avro xeyir qazanıb. Klubun borcları da 27.4 faiz azalıb.

Bir il öncəki mövsümlə müqaisədə gəliri 1.3 faiz artan "Real" öz sərmayəsini 13.4 faiz artıraraq 311.9 milyona yüksəldib.

Qeyd edək ki, "Kral klubu" yay transfer dönəmində təkcə oyunçuların təzminat qiyməti üçün 181.5 milyon avro xərcləyib.

Xəbər 899 dəfə oxundu.