Fatih Terim: "Sonadək mübarizə aparacağıq"
Türkiyə millisinin baş məşqçisi Fatih Terim "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Andorra ilə oyunöncəsi mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün sonadək mübarizə aparacaqlarını bildirib:

"Dörd il sonra yenidən milliyə qayıtdım. Qarşıda iki vacib oyunumuz var. Final mərhələsinə getmək yolunda şansımızın çox az olduğunu bilirik. Hətta rəqiblərimizin oyunlarının nəticələrindən də çox şey asılıdır. Ancaq bütün görüşlərdə qələbə qazanmaqla rəqiblərimizin xal itirməsini gözləyəcəyik. Azarkeşlərimiz də bizi yalnız buraxmasınlar və hər zaman dəstəkləsinlər. Təslim olmayacağıq və sonadək mübarizə aparacağıq".

Qeyd edək ki, Türkiyə - Andorra oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 863 dəfə oxundu.