Məsut Özil "Arsenal"ı seçməsinin səbəbini açıqladı
"Arsenal"ın yeni transferi Məsut Özil London klubunu seçməsinin səbəbləri haqqında danışıb.

Alman yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında Premyer Liqa təmsilçisinin çox böyük klub olduğunu deyib:

"Arsenal"ı seçdim, çünki İngiltərənin ən böyük klublarının birində forma geyəcəm. Eyni zamanda dünyanın ən yaxşı baş məşqçisi Arsen Vengerlə çalışacam. O, bir çox ulduz futbolçular yetişdirib. Onun varlığı da qərarımı verməyə çox böyük təsir etdi".

Özil həmçinin bildirib ki, London klubunun oyun sisteminə çox yaxşı uyğunlaşacaq: "Arsenal" da hücum futbolu oynayır və bu, mənə çox uyğundur. Son illərdə istənilən uğurları əldə etməyə bilərlər. Bu şanssızlığı qırmaq və kuboklar qazanmaq istəyirik. "Arsenal" istənilən uğurları əldə edə biləcək klubdur".

Xəbər 805 dəfə oxundu.