İker Kasilyas Qalatasarayla oyunda əsas heyətə dönəcək
Sentyabrın 17-si Çempionlar liqasının ilk turunda keçiriləcək Qalatasaray-Real Madrid görüşündə qonaqların qapısını İker Kasilyas qoruyacaq. Uzun fasilədən sonra təcrübəli qolkiper yenidən ilk 11-liyə dönür. Bununla bağlı Karlo Ançelotti məlumat verib. Onun sözlərinə görə Kasilyas çempionlar liqası və Kral kuboku görüşlərində qapını qoruyacaq. La liqa qarşılaşmalarında isə Dieqo Lopes əsas heyətdə yer alacaq.

İspaniya mətbuatının fikrincə Karlo Ançelotti bu hərəkəti ilə Kasilyasın özünəinamını artırmaq istəyir.

Xəbər 971 dəfə oxundu.