Bakıya gələcək İrlandiya boskçuları məlum oldu

Bakıda keçiriləcək boks üzrə dünya çempionatında İrlandiya milli komandasının mübarizə aparacağı heyət açıqlanıb.

Məşqçilər hələlik yalnız 64 kiloqram çəki dərəcəsi ilə bağlı yekun qərara gələ bilməyiblər. Bu çəkidə Ankarada keçirilmiş son Avropa çempionatının qalibi Ray Moylette ilə İrlandiya çempionu Ross Hikey arasında sentyabrın 2-də əlavə döyüş keçiriləcək. Qalib İrlandiyanı Azərbaycan paytaxtında təmsil etmək hüququ qazanacaq.

İrlandiya komandasının heyətində ümumilikdə 10 idmançı qələbə uğrunda mübarizə aparacaq. Onların sırasında Pekin Yay Olimpiya Oyunlarının qalibi, 2010-cu ilin Avropa çempionu Paddi Barns (49 kq), dünya çempionatının bürünc mükafatçısı Con Co Nevin (56 kq), 2010-cu il Avropa çempionatının gümüş mükafatçısı Darren Onill (75 kq), Pekin Olimpiadasının gümüş medalçısı Ken Eqan (91 kq) kimi adlı-sanlı boksçular və digər idmançılar yer alıblar.


Xəbər 1093 dəfə oxundu.