Kaka: "Bu qərarı gecə verdim"
Ani bir qərarla "Real"dan ayrılıb keçmiş komandası "Milan"a qayıdan Kaka mətbuat konfransı keçirib.

Jurnalistlərin qarşısına çıxan braziliyalı yarımmüdafiəçi bunları deyib:

"Burada olduğum üçün xoşbəxtəm. Əslində "Milan"dan ayrılmamışdım. Gece 3-ün yarısı bu qərarı verdim".

Klubdakı hədəfləri barədə də danışan Kaka İtaliyada və Avropada uğurlar qazanacaqlarına inandığını bildirib: "Mən təcrübəli insanlardan çox şey öyrəndim. İndi eyni şeyləri "Milan"da edəcəm. Çox yaxşı heyətimiz var. Avropada və İtaliyada uğurlar əldə edə bilərik".

Xəbər 921 dəfə oxundu.