İniyestaya yeni təklif
"Barselona" daha bir futbolçusu ilə müqaviləni yeniləməyə hazırlaşır.

Kataloniya klubu yarımmüdafiəçisi Andres İniyesta ilə bu barədə danışıqlara başlayıb.

"Marca" və "El Mundo Deportivo" qəzetləri oyunçu ilə 2015-ci ildə bitəcək müqaviləni 2018-ci ilə qədər uzadılacağını yazıb. İniyestaya təklif olunan yeni müqavilədə futbolçunun illik gəliri 12 milyon avro olacaq. Bu isə onu klubda ən çox qazanan ikinci futbolçu edəcək.

Qeyd edək ki, 29 yaşlı futbolçu indiyə kimi yalnız "Barselona"nın formasını geyinib.

Xəbər 812 dəfə oxundu.