Berti Foqtsun köməkçisi Almaniya klubunun baş məşqçisi oldu
Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Olaf Yansenin Almaniyanın "Dimamo" klubuna keçidi rəsmiləşib. Almaniyalı mütəxəssis Drezden təmsilçisinin baş məşqçisi təyin olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yansenlə 2015-ci ilin 30 iyununadək müqavilə imzalanıb. Mütəxəssisin AFFA ilə müqaviləsinə tezliklə xitam veriləcək.

Qeyd edək ki, Yansen hələlik yığmadakı işini davam etdirir. O, sentyabrın 7-də Kazana yollanacaq və Rusiya - Luksemburq oyununu izləyəcək.

Yeri gəlmişkən qeyd edək ki, "Dinamo"nun baş direktoru Kristian Müller Yansenlə müqavilə bağladıqlarına görə AFFA-ya da təşəkkür edib: “Biz AFFA-ya və Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa Olaf Yansenin millidən ayrılmasına imkan yaratdığı üçün minnətdarıq. Onlar Yansenə klubumuza keçməkdə dəstək oldular”.

Xəbər 891 dəfə oxundu.