"Bakı" yoxlama görüşündə qalib gəlib
Topaz Premyer Liqanın VI turu çərçivəsində "Xəzər Lənkaran"la qarşılaşacaq "Bakı" klubu yoldaşlıq oyununda qüvvəsini sınayıb. Milinko Pantiçin komandası "Lokomotiv" üzərində 5:0 hesablı qələbə qazanıb. "Bakı"nın heyətində Şoliç dubl edib, Elvin Məmmədov, Horvat və Noqeyra isə hərəyə bir dəfə fərqləniblər. "Bakı"nın start heyəti: Nureddinoski, Pelageas, Alvarez, Manafov, V. Abdullayev, R. Hacıyev, E. Məmmədov, Ristoviç, V. Mustafayev, E. Hüseynov, Pena.

Qeyd edək ki, komanda Tomaz Premyer Liqasının növbəti turuna hazırlıqlarını sabah keçiriləcək məşqlərlə davam etdirəcək.

Xəbər 1006 dəfə oxundu.