Neymar daha öncə "Real"da oynayıb
"Real" bu yayda transfer etmək üçün çalışdığı ancaq bunu reallaşdıra bilmədiyi "Barselona"nın yeni futbolçusu Neymarı 2006-ci ildən heyətinə qatmaq istəyib.

Braziliyalı ulduz hələ 14 yaşında ikən Madrid klubunun aşağı yaş qruplarında baxışda olub.

"Real" 2006-ci ildə Neymarı məşqlərə çıxardığı barədə İspaniya Futbol Federasiyasına məlumat da göndərib. Neymarın atası və meneceri futbolçunun "Real"a transfer olunması üçün 60 milyon avro istəyib. O zaman klubun prezidenti bu məbləğin verilməsinə razılıq versə də, idarə heyətinin üzvü Karlo Martinez de Albornoz bununla razılaşmayıb.

"AS" qəzeti "Real"ın Neymarı komandaya daxil etmək üçün federasiyaya göndərdiyi həmin sənədi ortaya çıxarıb.

Xəbər 816 dəfə oxundu.