2013 Avropa Basketbol Çempionatının ilk qalibləri bəlli oldu
Sloveniyanın ev sahibliyi etdiyi 2013 Avropa Basketbol Çempionatı A qrupunun ilk matçında Böyük Britaniya ilə İsrail qarşı-qarşıya gəldi.

İdman.com.az saytının məlumatına görə, oyunun ilk dəqiqələrindən zəif oyun nümayiş etdirən britaniyalılar oyunun uzadılan son dəqiqələrində gözlənilməz qələbəyə imza atıblar. Belə ki, uzun müddət 71-71 hesabı ilə davam edən oyun Kayle Consonun atdığı top ilə nəhayət ki, bərabərliyi pozdu və Britaniya komandasını önə keçirdi. Onun atdığı top matçın qazanılmasında əhəmiyyətli bir təsir yaratdı. Bundan ruhlanan braziliyalılar rəqib komanda ilə sona kimi mübarizə apararaq hesabı 75-71-ə çatdırıb.

Qeyd edək ki, A qrupunda baş tutan digər oyun isə Almaniya və Fransa komandaları arasında olub. Sonda Almaniya komandası rəqib komandanı 80-74 hesabı ilə məğlub edib.

Aynurə Pənahqızı

Xəbər 1187 dəfə oxundu.