İtaliya ilk oyununa qalibiyyətlə başladı
Slovenyada baş tutan basketbol üzrə Avropa Çempionatına İtaliya qalibiyyətlə başlayıb.

İdman.com.az saytının məlumatına görə, italiyalılar ilk oyunda Rusiya komandası ilə qarşılaşıb. Gərgin keçən oyunda İtaliya komandası yaxşı oyun göstərərək rusiyalıları 76-69 hesabı ilə məğlub edərək, adını qaliblər siyahısına daxil edə bilib. İtaliyalıların növbəti oyunu Türkiyə komandası ilə baş tutacaq.

Xəbər 967 dəfə oxundu.