Dünya çempionatının bütün iştirakçıları müəyyənləşib
Qadın voleybolçular arasında keçiriləcək klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.
Son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə”nin ardıcıl iki il qatıldığı yarış bu dəfə təmsilçimiz olmadan keçiriləcək.
Cari il dekabrın 8-dən 13-dək İsveçrənin Sürix şəhərində təşkil olunacaq yarışa meydan sahibi kimi qatılacaq “Volero” və 5 konfederasiyanın qalibi çıxış edəcək. Bunlar Avropa Çempionlar Liqasının qalibi “Vakifbank” (Türkiyə), Cənubi Amerikanın ən yaxşısı “Unilever” (Braziliya), Afrika təmsilçisi “Keniya Prisons” (Keniya), Asiya klublararası çempionatının qalibi “Quanqdonq Everqrand” (Çin) və Şimali Amerikada hamını üstələyən “Yova Ays” (ABŞ) komandalarıdır.

Xəbər 787 dəfə oxundu.