Millimizin məşqçisi Bundesliqada klubunda
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun köməkçisi olan Olaf Yansenin yeni komandası müəyyənləşib.

Almaniyalı mütəxəssis II Bundesliqa təmsilçisi "Dinamo" (Drezden) klubunun baş məşqçisi təyin olunub.

Yansen Almaniya klubu ilə 2015-ci ilə qədər müqavilə imzalayıb. 46 yaşlı mütəxəssis Bundesliqanın növbəti turundan "Dinamo"nu çalışdıracaq.

Qeyd edək ki, O.Yansen 2008-ci ildən Azərbaycan millisində çalışıb.

Xəbər 840 dəfə oxundu.