"Bavariya"nın itkiləri artır
"Bavariya" klubunun futbolçusu Bastian Şvaynştaygerin zədəsinin ciddi olduğu aşkarlanıb.

Bundesliqada "Frayburq"la matçda zədələnən alman yarımmüdafiəçi ağrılar zəbəbindən topa belə vura bilmədiyini deyib:

"Düşündüyüm kimi yaxşı deyiləm. Tezliklə yaxşılaşmaq üçün əlimdən gələni edəcəm. Amma hazırda topa belə vura bilmirəm. Ümid edirəm ki, gələcək həftələrdə vəziyyətim daha yaxşı olar və hazırlıqlara başlayaram".

Qeyd edək ki, "Bavariya"da son olaraq Xavyer Martinez zədələnərək sıradan çıxmışdı.

Xəbər 795 dəfə oxundu.