Bolqarıstan futbolunda az rast gəlinən hadisə baş verib
Bolqarıstan futbolunda az rast gəlinən hadisə baş verib.

Ölkənin üçüncü liqa klublarından olan "Şuman" kubok oyununda güclü bir komanda ilə qarşılaşdığı üçün matça çıxmamaq qərarı alıb.

Püşkatmaya əsasən çempionluğa oynayan "Çernomorets Burqas"la düşən klubun prezidenti Georgi Georgiyev bu qərarı vermələrini belə əlaqələndirib: "Biz gənc futbolçulardan ibarət klubuk. Məğlubiyyətimiz oyunçulara pis təsir edə bilər. Ona görə kuboka qatılmağı rədd edirik".

Qeyd edək ki, bu qərarın ardından Bolqarıstan Futbol Federasiyası "Çernomorets"in növbəti mərhələyə keçdiyini elan edib. "Şumen"in isə cəzalandırılması gözlənilir.

Xəbər 963 dəfə oxundu.