Ronaldo: "Neymar hələ öyrənməlidir"
Braziliya futbolunun əfsanələrindən olan Ronaldo "Barselona"da çıxış edən həmyerlisi Neymar haqqında düşüncələrini bildirib.

Neymarın hələ ki, Messi və Kriştiano Ronaldo olmadığını söyləyən keçmiş futbolçu onun tam formalaşması üçün zamana ehtiyacı olduğunu deyib: "Məncə, Neymar bir az da gözləməlidir. Ancaq artıq bu mövsüm yenə Messi və Ronaldodan danışacağımızı düşünmürəm. Neymar Avropa futbolunu Messi ilə oynayaraq öyrənəcək.

Qeyd edək ki, "Barsa" Neymar üçün "Santos"a 54 milyon avro ödəmişdi.

Xəbər 788 dəfə oxundu.