Azərbaycanda yeni federasiya fəaliyyətə başlayıb
Ötən ay Azərbaycan Triatlon Federasiyası yaradılıb. Bu münasibətlə ötən həftə federasiyanın təqdimatı olub. İdman.com.az saytı xəbər verir ki, tədbirdə Avropa Triatlon Federasiyasının prezidenti Renato Bertrandi və Beynəlxalq Triatlon Federasiyasının nümayəndələri iştirak ediblər.

Toplantıda federasiyanın icraçı direktoru Azər Məhərrəmov yeni təsis olunan Azərbaycan Triatlon Federasiyasının gələcək planları barədə məlumat verib, Avropa və dünya triatlon federasiyalarının rəhbər şəxsləri ilə qarşılıqlı məsələləri müzakirə edilib.

Xəbər 966 dəfə oxundu.