"Real" - "Barselona" matçı gündüz vaxtı oynanıla bilər
İspaniya La Liqasında "Barselona" ilə "Real" (Madrid) arasında oktyabrın 27-i baş tutacaq derbi matçı gündüz vaxtı oynanıla bilər.

Bütün dünyada maraqla izlənən "El Klassiko" matçının axşam deyil, yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 15:00) oynanılması planlaşdırılır.

Görüşün bu vaxta salınmasının səbəbi isə Asiya ölkələrində də azarkeşlərin bu matçların rahat izləyə bilməsidir. La Liqada matçların önəmli qisminin yayım haqqlarına sahib olan "Medipro"nun sahibi Yaum Roures "COPE"yə açıqlamasında bu cür qərarı veriləcəyini planlaşdırdıqlarını təsdiqləyib: "Barsa" ilə "Real" matçı saat 12:00-da oynana bilər. Asiyada insanlar bu rəqabəti sevir. Xüsusilə də Messi və Ronalo rəqabətini".

Xəbər 899 dəfə oxundu.