Quti: "Ən yaxşı futbolçular Zidan və Ronaldo idi"
"Real" (Madrid) klubunun sabiq futbolçusu Quti Hernandez maraqlı fikirlər səsləndirib.

"Le10Sport"a danışan Quti öz dövrünün ən yaxşı futbolçuları kimi Zidan və braziliyalı Ronaldonu fərqləndirib:

"Zidan və Ronaldo dövrümün ən yaxşı futbolçuları idi. Hazırda isə dünyanın ən yaxşısı Messidir. Bunu demək mənim üçün çətindir. Ancaq bu belədir. Kriştiano Ronado da zəif futbolçu deyil. Lakin Messi onu ötüb keçib. Bununla belə, həm Ronaldo, həm də Messi dünyanın ən yaxşılarıdır".

Qeyd edək ki, Quti 1995-2010-cu illərdə "Real" (Madrid) klubunun şərəfini qoruyub.

Xəbər 893 dəfə oxundu.