"Atletiko" futbolçusu ilə müqavilə yenilədi
Madridin "Atletiko" klubu futbolçusu Koke ilə müqaviləni yeniləyib.

İspaniya millisinə də dəvət olunan 21 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2018-ci ilə qədər uzadılıb.

Yeni sözləşmənin ardından oyunçu bu mövsüm daha yaxşı çıxış edəcəyinə çalışacağını deyib.

Qeyd edək ki, 2009-ci ildən Madrid klubunda çıxış edən Koke 82 ümumilikdə matçda forma geyib.

Xəbər 789 dəfə oxundu.