Babanlı Tofiq Xanlar oğlu
Babanlı Tofiq Xanlar oğlu 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib.

1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqci-müəllim kimi əmək fəaliyyətinə başlayıb.

Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatı və birinciliklərinin qalibi və mükafatcısı olublar. Yetirməsi Kamal Babayev 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kuboku yarışında qızıl medal qazanıb.

1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda pedoqoji fəaliyyətə başlayıb. 30-a yaxın elmi-metodiki əsərin, tədris vəsaitinin müəllifidir. 1999-cu ildə dosent elmi adına layiq görülüb.
1952-1962-ci illərdə boks idman növü ilə fəal məşğul olub. Dəfələrlə Azərbaycan çempionu, SSRİ həmkarlar ittifaqı mərkəzi Şurasının Spartakiadasının gümüş, SSRİ tələbələri Universiadasının qızıl medalını qazanıb. Bir neçə beynəlxalq yarışın qalibi olub. Yüksək idman naliyyətlətləri və əmək fəaliyyətinə görə SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Ümumittifaq dərəcəli hakim (1980), Beynəlxalq dərəcəli hakim (1995), Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi (1997), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006) adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb.

Xəbər 4776 dəfə oxundu.