"Real"ın yeni transferi 4,3 milyon avro qazandırdı
"Real"ın "Tottenhem"dən 100 milyon avroya transfer etdiyi Qaret Beylin ilk gündə 40 min forması satılıb.

Madrid klubu 24 yaşlı oyunçunun 11 nömrəli formasından indidən 4.3 milyon avro qazanıb.

Qeyd edək ki, uelsi yarımmüdafiəçi "Real"la ilk oyununa sentyabrın 14-də "Vilyareal"la matçda çıxacaq.

Xatırladaq ki, 2009-cu ildə "Mançester Yunayted"dən "Kral klubu"na transfer olan Kriştiano Ronaldonun ilk gündə 50 min forması satılmışdı. O zaman qiyməti 85 avro olan formalardan bir ildə 1.2 milyon satan "Real" önəmli bir gəlir əldə etmişdi. Klubun Beylin formalarından da yüksək gəlir qazanacağı gözlənilir.

Xəbər 819 dəfə oxundu.