Millimizin heyətində dəyişiklik edildi
Sentyabrın 5-dən 11-ə qədər Rusiyanın Novorossiysk şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Rusiyaya gedəcək futbolçuların siyahısında bir dəyişiklik edilib.

Bilal Abbaszadə ("Qarabağ") zədəli olduğu üçün heyətdən çıxarılıb. Əvəzində, Qazaxıstanın "Şaxtyor" (Karakanda) klubunun oyunçusu Zair Emzayev yığmamıza dəvət olunub.

Xəbər 816 dəfə oxundu.