"İnter" "Şuşa" ilə qarşılaşacaq
"DÇ-2014"ün seçmə mərhələsinin matçlarına görə Topaz Premyer Liqada fasilə yaranıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu fasilə çərçivəsində “İnter” yoldaşlıq matçı keçirməyi planlaşdırır.

Belə ki, sentyabrın 7-də komanda “Şəfa” stadionunda birinci divizion təmsilçisi “Şuşa” komandasıyla qarşılaşacaq.

Qeyd edək ki, “İnter” - “Şuşa” matçı saat 19:00-da başlanacaq.

Xəbər 1655 dəfə oxundu.