“Simurq” komandası Gürcüstanda təlim-məşq toplanışında olacaq
Futbol üzrə Topaz Premyer Liqasının beşinci turu çərçivəsində səfərdə Bakının “İnter” komandası üzərində qələbə qazanan Zaqatalanın “Simurq” kollektivinin məşqçilər korpusunun qərarı ilə oyunçular dörd günlük istirahətə buraxılıb.

Milli komandamızın dünya çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasiləyə görə, Zaqatala təmsilçisi sentyabrın 5-də yenidən bir araya gələcəkdir. Elə həmin gün Gürcüstana təlim-məşq toplanışına yollanacaq komanda sentyabrın 9-dək qonşu ölkənin paytaxtında qalacaq və burada bir yoldaşlıq görüşü keçirəcəkdir. Baş məşqçi Georgi Çixradzenin yetirmələrinin rəqibi hələ müəyyənləşməmişdir.
“Simurq” Tbilisidə tam heyətdə bir araya gəlməyəcəkdir. Milli komandalarının düşərgələrində olan futbolçular bu təlim-məşq toplanışında iştirak edə bilməyəcəklər.

Xəbər 951 dəfə oxundu.