Burak Yılmaz "Latsio"ya niyə getmədi?
"Qalatasaray"ın futbolçusu Burak Yılmazın "Latsio" transferinin baş tutmamasının səbəbləri məlum olub.

Hücumçunun meneceri Ali Egesel Fatim Terimin oyunçunun getməsinə razılıq verdiyini bildirib.

Baş məşqçinin ancaq bir hücumçu ilə çalışmaq istədiyini deyən menecer Burak transferini maliyyə cəhətdən baş tutmadığını vurğulayıb:

"Qalatasaray"la "Latsio" 11 milyon avro + 2 milyon bonusla razılığa gəlmişdi. Burak İtaliya klubuna gedəcəyi təqdirdə beş illik müqavilə imzalayacaqdı və ilik 2.2 milyon avro qazanacaqdı. Ancaq vergilər, bonuslar əlavə olunduqda bu transfer "Latsio"ya 40 milyon avroya başa gələcəkdi. Buna görə bu, baş tutmadı".

Xəbər 785 dəfə oxundu.