UEFA "Trabzonspor"u avrokuboklardan kənarlaşdıra bilər
Türkiyənin daha bir klubu UEFA tərəfindən cəzalandırıla bilər.

Avropa Liqasında mübarizəni davam etdirən "Trabzonspor" klubu bir zaman formasını geydiyi futbolçusu Kiki Musampanın təzminatını ödəməyib.

Trabzon təmsilçisi sentyabrın 30-a qədər 900 min avro ödəməyəcəyi təqdirdə avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qalacaq.

Xatırladaq ki, "Fənərbaxça" və "Beşiktaş" klubları artıq avrokuboklardan kənarlaşdırılıb. Hər iki komanda danışılmış oyunlarda iştirak etdiyi üçün bu cəzaya məruz qalıb.

Xəbər 993 dəfə oxundu.