Messi "Madrid-2020"yə dəstək oldu
"Barselona"nın futbolçusu Lionel Messi "Madrid-2020" Olimpiya Komitəsi tərəfindən ona təklif olunan fəxri elçilik vəzifəsini qəbul edib.

Argentinalı hücumçu komitənin sədri Alexandro Blanko ilə bir araya gələrək "Madrid 2020"ni dəstəkləyirəm" deyib.

Bir neçə gün əvvəl bu təklifi rədd edən futbolçunun yenidən bunu qəbul etməsinin səbəbi barədə isə Blanko məlumat verib. O bildirib ki, Messini əvvəl zaman problemi var idi: "Messinin məşqləri var idi. Onun bizə dəstək verməsi böyük bir qürurdur".

Xəbər 882 dəfə oxundu.