Fred oyunlarda iştirak edə bilməycək
Braziliya yığmasının əsas hücumçusu Fred əzələsindən zədə alıb.

İdman.com.az saytının məlumatına görə, idmançının zədəsi ciddidir və forvard təxminən 2 ay oynaya bilməyəcək. Bu səbəbdən də o milli komandanın Avstraliya və Portuqaliya oyunlarını buraxacaq.

Qeyd edək ki, baş məşqçi onun əvəzinə Aleşandre Patonu milliyə dəvət edib. Bu da Patonun son 6 ay ərzində milliyə ilk çağırışıdır.

Xəbər 873 dəfə oxundu.