İki voleybolçumuz karyerasını Polşada davam etdirəcək
Azərbaycan millisinin iki voleybolçusu karyerasını Polşada davam etdirəcək.

Yığmamızın aparıcı oyunçuları Vüqar Bayramov və Tural Həsənli Polşanın ikinci liqasında mübarizə aparan “Militsa” komandası ilə birillik müqavilə imzalayıblar.

Dördüncü zona oyunçusu olan V.Bayramov ötən mövsümü İran Superliqasında mübarizə aparan “Bir Gold İranian” komandasının heyətində keçirib.

Xəbər 702 dəfə oxundu.